Müştərilərin ən çox razı qaldığı telefon – “Samsung Galaxy Note 4”

Amerika Müştəri Məmnuniyyəti İndeksi (ACSİ) müştərilən arasında ən çox hansı telefondan razı qaldıqları barədə araşdırma aparıb.
Maide.az xəbər verir ki, araşdırmaya görə siyahının ilk pillərində böyük ekranlı ağıllı telefonlar yer alıb.
70 min müştəri arasından aparılan araşdırmaya görə, 5.7 inç ekrana sahib olan “Samsung Galaxy Note 4” telefonu ən çox razılıq edilən model olub. Onu 2-ci pillədə “Galaxy Note 3”, 3-cü pillədə isə “iPhone 6 Plus” izləyir.
Sonrakı yerlərdə isə “Galaxy S5”, “iPhone 6”, “Moto X”, “LG G3”, “iPhone 5”, “Galaxy S4” ve “Galaxy S III” modelləri yer alıb.
Araşdırmaya görə, müştərilər böyük ekranlı telefonlar sürətli və asan şəkildə axtarış aparmaq və mesaj göndərməkdən məmnundur. Hazırda böyük ekranlı telefonlarda əsas problem isə enerjinin az saxlanılması ilə bağlıdır.
Marka məmnuniyyətində isə “Samsung” və “Apple” 80 xalla siyahının ilk pilləsində qərarlaşıblar. Bu iki markanı 79 xalla “Motorola”, 78 xalla “BlackBerry” izləyir./

Google+ WhatsApp ok.ru