Cənubi Koreya 'Facebook'u altı milyon dollara yaxın cərimələyib

Cənubi Koreya 'Facebook'u altı milyon dollara yaxın cərimələyib

Cənubi Koreya hökuməti ABŞ-ın "Facebook" və "Netflix" şirkətlərini konfidensiallıq qaydalarını pozmaları ilə əlaqədar ümumilikdə 5,7 milyon dollara yaxın məbləğdə cərimələyib.
 
Trend-in məlumatına görə, bu barədə Koreyanın Fərdi məlumatların mühafizəsi komissiyası bildirib.
 
Qeyd olunur ki, "Facebook" 2018-ci ilin aprelindən 2019-cu ilin sentyabrınadək istifadəçilərin razılığı olmadan biometrik şablonların yaradılması və saxlanmasına görə 5,5 milyon dollar cərimə ödəməli olacaq. Bundan başqa, şirkət vətəndaşların fərdi identifikasiya nömrələrinin toplanmasında ittiham olunub.
 
Eyni zamanda, "Netflix" platforması 5 milyon Cənubi Koreya vətəndaşının məlumatlarının toplanması və ölkə xaricinə ötürülməsində ittiham olunaraq 188,5 min dollar məbləğində cərimələnib.
 

Google+ WhatsApp ok.ru