MTN-də nə baş verir? - Xüsusi əməliyyat

Prezidenti İlham Əliyevin 17 oktyabr sərəncamı ilə milli təhlükəsizlik naziri Eldar Mahmudovun qəflətən vəzifəsindən çıxarılması ölkədə sensasiya kimi qəbul edilib.
 
Maide.az xəbər verir ki, xəbər sürətlə tirajlandıqdan sonra məsələ ətrafında müxtəlif fərziyyələr yayılmağa başlayıb. Bir sıra xəbər saytları şəxsi mənbələrinə əsaslanaraq hətta sabiq nazirin və ətrafındakı bir neçə generalın həbs edildiyini, digər qrupu isə eks-MTN şefinin daha yüksək posta-baş nazir postuna gətiriləcəyini yazırlar.
 
“Qafqazinfo”nun əldə etdiyi məlumatlara görə isə vəzifəsindən azad olunan Eldar Mahmudovun həbsi ilə bağlı xəbər həqiqətə uyğun olmasa da nazirikdə xüsusi əməliyyatın keçirildiyi dəqiqdir.
 
Belə ki, dünən Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları MTN-də əməliyyat keçiriblər. Və hal-hazırda da nazirlik sözügedən qurumun əməkdaşlarının nəzarəti altında saxlanılır. Lakin bu əməliyyatlar nəticəsində kimlərin saxlanıldığı və əməliyyatın məhz hansı səbəbdən həyata keçirildiyi haqda ictimaiyyətə rəsmi və qeyri-rəsmi heç bir bilgi sızdırılmayıb.
 
TN-də baş verənlərlə bağlı cinayət işinin açıldığı da artıq dəqiqləşib. Dünən və bu gün yaşananlarla bağlı Respublika Prokurorluğunun xüsusi bəyanatla çıxış edəcəyi gözlənilir. İctimaiyyət MTN-də nə baş verənlərlə bağlı rəsmi qurumlar vasitəsilə məlumatlandırılacaq.
 
“Qafqazinfo son olaraq onu da öyrənə bilib ki, artıq dünəndən telefon danışıqlarının dinlənilməsi ilə bağlı müstəsna səlahiyyət MTN-dən alınıb. Amma bu səlahiyyətin MTN-dən bir günlük-sözügedən əməliyyata görə və ya bir dəfəlik alınması isə hələlik məlum deyil. /

Google+ WhatsApp ok.ru