MTN: Elşən Mustafaoğlunun saxlanması barədə heç bir məlumat yoxdur

 MTN-nin İctimai Əlaqələr İdarəsindən AzVision.az-a verilən məlumata görə, bu barədə onlarda heç bir məlumat yoxdur: “İlahiyyatçı Elşən Mustafaoğlunun saxlanması barəsində Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr İdarəsində heç bir məlumat yoxdur”.
 
Dünən İslamazeri.az-a ilahiyyatçı Elşən Mustafaoğlunun bir neçə gündür ki, Milli Təhlükəsizlik Nazirliyində saxlanılması barədə məlumat daxil olub.

Məlumatlarda qeyd olunub ki, Hacı Elşən Mustafaoğlu barədə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, dövlətə xəyanət maddəsi ilə ittiham edilir. /

Google+ WhatsApp ok.ru