MTN-lə DİN xüsusi əməliyyat keçirdi: daha 2 inanclı saxlanıldı 29 Noyabr 2015 02:00 Ölkə Bu gün Neftçala rayonunda Nardaran hadisələri ilə əlaqəli 2 inanclı saxlanılıb. Musavat.com-a daxil olan məlumata görə, MTN və DİN-in birgə keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakinləri olan Nazim Mirzəyev və Mehdi Nağıyev şübhəli şəxs qismində saxlanılıb. Məlumata görə, hər iki şəxsin evində axtarış aparılıb. Axtarış zamanı bir ədəd odlu silah aşkarlanıb. Saxlanılan rayon sakinləri Nardaranda bəzi şəxsləri silahla təmin etməkdə şübhəli bilinirlər./ Teqlər : #MTNlə DİN xüsusi əməliyyat keçirdi: daha 2 inanclı saxlanıldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bibiheybət sakinləri yolu bağladı Nardaran: Dedilər, çadırları o meydandan götürməsəniz, qoşun yeridiləcək