MTRŞ bəzi ərazilərdə telekanalların göstərməməsinə aydınlıq gətirib

MTRŞ bəzi ərazilərdə telekanalların göstərməməsinə aydınlıq gətirib

İsa Məmmədov: Problem antenaların düzgün quraşdırılmamasından irəli gəlir
 
Milli Televiziya və Radio Şurası (MTRŞ) Bakı və Abşeron yarımadasınınn müxtəlif yaşayış yerlərində bəzi televiziya kanallarının yaxşı göstərməməsi ilə bağlı problemlərə aydınlıq gətirib.
 
Şuranın Texniki şöbəsinin müdiri, professor İsa Məmmədov bildirib ki, bu məsələ rəqəmli yayıma keçidlə əlaqəli deyil: "Bəzi yaşayış ərazilərində televiziya kanallarının yayımı zamanı yaxşı göstərməməsi problemi analoq yayımda da var idi: "Əksinə, indi keyfiyyət yaxşılaşıb. Hazırda Bakıda teleqüllədən 37-ci televiziya kanalında AzTV, İTV, "Mədəniyyət", "İdman Azərbaycan", "CBC Sport", 48-ci kanalda isə "Lider", "Xəzər", ARB, "Space", "Azad Azərbaycan" telekanalları yayımlanır. Fatmayi kəndindəki ötürücüdən isə bütün TV-lər 26-cı televiziya kanalında yayımlanır. Hər ikisndə də sahə gərginliyi normal səviyyədədir. Kanalların görüntü effektinin alınmaması və ya keyfiyyətsiz olması antenaların düzgün quraşdırlmamasından irəli gəlir. Bakı şəhərində belə bəzi hündür olmayan binalarda görüntü almaq mümkün olmur".
 
Onun sözlərinə görə, sahə gərginliyini artırmaq da doğru deyil: "Bu, insan sağlamlığına mənfi təsir göstərir, şüalanmaya səbəb olur. Sahə gərginliyinin norması var və ona uyğun olmalıdır. Əks təqdirdə insan sağlamlığı üçün problemlər yaradır. Analoq yayımın dayandırılmasından sonra Bakı və Abşeron ərazisində gərginlik aşağı düşüb. Çünki ümumilikdə 19 ötürücü söndürülüb. Analoq yayım dövründə sahə gərginliyi bizdə qoyulan norma həddində olurdu". (report) /

Google+ WhatsApp ok.ru