Musavat mitinq keçirəcək

Müsavat Partiyası növbəti ay üçün mitinq keçirməyi planlaşdırır.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu barədə artıq müzakirələr aparılır:

"Məsləhətləşmələr davam edir. Noyabrın sonuna kimi bu məsələ ilə bağlı Müsavat Partiyasının ayrıca qərarı olacaq. Mitinqi partiyanın tək, yaxud Birləşmiş Hüquq Müdafiə Mərkəzi ilə keçirəcəyini məsləhətləşəcəyik. Çox güman ki, Müsavat Partiyası ilə funskional əməkdaşlıq əlaqələrində olan təşkilatlar bu məsələyə “hə” deyəcəklərsə, daha yaxşı olar. Noyabrın axırına kimi mitinqi həyata keçirmək istəyindəyik”.

G.Aslanlı qeyd edib ki, mitinqin əsas tələblərindən biri "Siyasi məhbusların azad olunması" olacaq.

Qeyd edək ki, AXCP-nin daxil olduğu Milli Şura oktyabrın 12-də oxşar tələblə mitinq keçirmişdi. Yeri gəlmişkən, AXCP funksionerləri bu gün də yeni mitinq barədə çağırış ediblər. /

Google+ WhatsApp ok.ru