Mövlud günündə xanımlara gözəl sürpriz: avtobuslar pulsuz işləyir 15 Fevral 2020 11:24 Ölkə Bu gün səhər saatlarından etibarən Lənkaranın bir çox yerində Xanım Zəhranın (s.ə) mövludu münasibəti ilə avtobuslar xanım sərnişinlərə pulsuz xidmət göstərir. Maide.Az xəbər verir ki, sərnişin avtobuslarının üzərində “Həzrət Fatimeyi Zəhranın (ə.s) doğum günü münasibətilə fervarlın 15 –də xanımlar üçün gediş haqqı pulsuzdur” elanı vurulub. Bildirilir ki, Lənkəranın bütün kənd və qəsəbələrinə işləyən avtobuslar bu gün xanımlar üçün pulsuz fəaliyyət göstərəcək. Bundan başqa bu gün səhər saatlarında Lənkaranın bir çox yerində eləcə də Lənkəran şəhərindən digər şəhərlərə gedən sərnişin avtobusunda olan xanımlara Xanım Zəhranın (ə.s) mövludu münasibəti ilə qızıl gül çələngləri və hədiyyələr paylanıb. Qeyd edək ki, bu gün Peyğəmbərn (ə.s) gözünün işığı , dünya və axirət xanımlarının ən üstünü, Xanım Fatimeyi Zəhranın (ə.s) mübarək mövlud günüdür. Teqlər : #Mövlud,#günündə,#xanımlara,#gözəl,#sürpriz:,#avtobuslar,#pulsuz,#işləyir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ‘Azərbaycan məscidləri’ foto-sərgisi keçiriləcək Bazar günü hava necə olacaq? - Proqnoz