Mövlud Olimpiadasında iştirak üçün son tarix

Əziz İslam Peygəmbərinin (s) - aləmlərin yaradılış fəlsəfəsi olan Həzrət Muhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludları, habelə "Vəhdət" həftəsi münasibətilə gözəl bilik yarışmasına - V "Uşaq Mövlud Olimpiadası"na start verilir.
 
"Uşaq Mövlud Olimpiadası" İcərişəhər “Cümə” məsçidi dini icmasının, DEVAMM-ın (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin) və İmam Sadiq (ə) adına İslam Maarıfi Akademiyasının təşəbbüsü və Deyerler.org-un informasiya dəstəyi ilə təşkil edilir.
 
Qeyd edək ki, V Azərbaycan "Uşaq Mövlud Olimpiadası"nın suallarının “Fiqh təlimləri” kitabından tərtib edilməsi nəzərdə tutulmuşdur. Uşaqların hazırlaşmasını optimallaşdırmaq üçün bu kitabın müxtəlif bölmələrinə aid sualların əlavə olaraq təqdim edilməsi nəzərdə tutulmuşdur. Belə ki, V "Uşaq Mövlud Olimpiadası"na düşəcək suallar, təqdim edilən sualların arasından seçiləcəkdir. Qeyd edək ki, suallar kitabın 2-ci (“Təharət”) və 3-cü (“Namaz”) bölmələrini əhatə edəcəkdir (səh. 22-dən səh. 216-dək).
 
"Uşaq Mövlud Olimpiadası"nda II-V sinif şagirdlərinin iştirakı nəzərdə tutulub. İstisnavi olaraq, sərbəst oxuyub-yaza bilən, sualları sərbəst qavrayaraq, cavab verə bilən I sinif şagirdləri də qeydiyyatdan keçə bilərlər.
Azərbaycan dilində təhsil almayan şagirdlərin valideynlərinin nəzərinə çatdırılır ki, "Uşaq Mövlud Olimpiadası"nda suallar yalnız latın qrafikası ilə təqdim edilir və uşağın məhz bu şəkildə qəbul edib, cavab verməsi lazımdır.
 
"Uşaq Mövlud Olimpiadası"nda iştirak etmək üçün, buraya keçid edərək, burada iştirakçı barədə qısa məlumatı (ad, soyad, yaş, əlaqə telefonlarını, e-mail ünvanını) bildirmək lazımdır.
 
V "Uşaq Mövlud Olimpiadası"nda iştirak üçün qeydiyyat müddəti 2015-ci il dekabr ayının 23-ü, saat 23.00-a qədərdir.
Sonda bir daha üzümüzə gələn mübarək mövlud münasibətilə Sizləri təbrik edərək, "Uşaq Mövlud Olimpiadası"nda yarışlarda Sizə uğurlar arzulayırıq.
 
V “Uşaq Mövlud Olimpiadası”nın sualları bunların arasından seçiləcək:
1. Mütləq su nədir?
2. Müzaf su nədir?
3. Yağış suyu mütləq sudur, yoxsa müzaf?
4. Qəlil su nədir?
5. Kürr su nədir?
6. Axar su nədir?
7. Dəniz suyu mütləq sudur, yoxsa müzaf?
8. Yağış suyu napak bir şeyin üzərinə yağsa, pak edəcəkmi?
9. Bir napak şeyi kürr su daha yaxşı pak edir, yoxsa qəlil su?
10. Bir napak şeyi qəlil suya salsanız, nə baş verər?
11. Əgər insan bir suyun pak, yoxsa napak olduğunu bilməsə, bu su necə sayılır?
12. Dəniz suyu ilə dəstəmaz almaq olarmı?
13. Napak qabı qəlil su ilə neçə dəfə yumaq lazımdır?
14. Nəcasəti təmizlədikdən sonra, napak olan bir şeyi neçə dəfə kürr suya salmaq lazımdır ki, paklansın?
15. Paltarı qəlil suda paklayarkən, onu sıxmaq lazımdır, yoxsa yox?
16. Yol getməklə napak olan ayaqqabını paklamaq üçün, insan pak yerlə neçə addım getməlidir?
17. Yol getməklə napak olan ayaqqabını paklamaq üçün, yer quru olmalıdır, yoxsa yaş?
18. Günəşin bir evin divarını pak etməsi üçün, bu divar yaş olmalıdır, yoxsa quru?
19. Günəş şüası bitkiləri pak edə bilirmi?
20. Nəcis olan odun yanıb kül olarsa, bu kül pakdır, yoxsa nəcis?
21. Nəcis olmuş duz suda həll olubsa, bu su pakdır, yoxsa napak?
22. Ağcaqanadın insandan sovurduğu qan bir müddət sonra pak sayılır, yoxsa napak?
23. Dəstəmazda əvvəl üz yuyulur, yoxsa qollar?
24. Dəstəmazda baş yuyulur, yoxsa başa məsh çəkilr?
25. Dəstəmazda üz və qolları neçə dəfə yumaq vacibdir?
26. Dəstəmazda üzü aşağıdan yuxarıya yumaq olarmı?
27. Məsh yeri quru olmalıdır, yoxsa yaş?
28. İcazəsiz su ilə dəstəmaz almaq olarmı?
29. Əldə flomasterin ləkəsi olarsa, bu, dəstəmaza mane olurmu?
30. Dəstəmaz alarkən, fasilə etmək olarmı?
31. Cəbirə dəstəmaz nədir?
32. Qurani-Kərimin xəttinə dəstəmazsız toxunmaq olarmı?
32. Müstəhəb namaz üçün dəstəmaz lazımdırmı?
33. Qüsl alarkən, tərtibi qüsldə əvvə sağ tərəf yuyulur, yoxsa sol tərəf?
34. Qüsl edən zaman üzü qibləyə dayanmaq lazımdırmı?
35. Övladlarının susuz qalmasından qorxan ata, dəstəmaz almalıdır, yoxsa təyəmmüm etməlidir?
36. Daşın üzərinə təyəmmüm etmək olarmı?
37. Təyəmmüm edərkən, əli ayaqlara sürtmək lazımdırmı?
38. Təyyəmmüm zamanı saç alına tökülübsə, nə etmək lazımdır?
39. Barmağa üzük taxılıbsa, belə əllə təyəmmüm etmək olarmı?
40. Günəş tutulduqda qılınan namaz necə adlanır?
41. İnsan napak paltarla namaz qıla bilərmi?
42. Pişiyin tükü paltarın üstündə olanda, belə paltarla namaz qılmaq olarmı?
43. Namaz qılınan yer düz olmalıdır, yoxsa əyri?
44. Namazın səcdə yerinin pak olması vacibdir, yoxsa yox?
45. Məscidi süpürmək vacibdir, yoxsa müstəhəb?
46. Qiblə nədir?
47. “Təkbirətul-ehram”da hansı söz deyilir?
48. Əgər namaz qılan kişidirsə, sübh namazının “Fatihə”sini astadan deməlidir, yoxsa ucadan?
49. Rükuda namaz qılanın əlləri haraya çatanadək əyilməlidir?
50. Namazın hər rükətində rükudan sonra neçə səcdə yerinə yetirmək lazımdır?
 
Kitabın Təharət bölməsini Word formatında buradan yükləyin:
 
 
Kitabın Namaz bölməsini Word formatında buradan yükləyin:
 

Google+ WhatsApp ok.ru