Məmur özbaşınalığına son - şəffaf idarəçilik

Məmur özbaşınalığına son - şəffaf idarəçilik

"Yeni Müsavat" qəzetində isə "Məmurlar nə vaxt haqq yoluna qayıdacaq?" sualına cavab axtarılır.
 
Müəllif bəzi məmurların talançılığından bəhs edir və buna son qoyacaq yolları axtarır:
"Bəzən düşünürsən ki, bəlkə elə belə də olmalıdır? Axı, necə deyərlər, insan çiy süd əmib, onunu, hətta yüzünü bir gündə cəzalandırsan belə, yenə pozacaq qanunları, dinc-farağat durmayacaqlar. Fəqət, belə deyil...".
 
Müəllif hesab edir ki, bütün problemlərin bir həll yolu var. Söhbət şəffaf dövlət və hökumət qurmaqdan gedir.
 
Yazıda vurğulanır ki, bu məsələdə hökumətin ən böyük qüsuru nəzarəti cəmiyyətlə bölüşmək istəməməsidir:
"Birdəfəlik qəbul etmək lazımdır ki, media, jurnalistlər, cəmiyyət, onun ayrı-ayrı struktur vahidləri heç də düşmən deyil. Onlar bu ölkəyə, onun hakimiyyətinə yalnız və yalnız yaxşılıq arzulayır".
 
Müəllif yazır ki, sağlam mühitə yol tənqiddən keçir və bu mənada Avropa dövlətlərinin keçdiyi yol böyük nümunə kimi göstərilir.
 
Yazıda bildirilir ki, tövsiyə və tənqidlərə azca diqqət edilsə, ölkədə həyat yüngülləşər. Hökumət və dövlət daha şəffaf olar, məmurlar da özlərini yığışdırar.
 
Müəllif korrupsiya və məmur özbaşınalığını milli təhlükəsizliyə çox böyük təhdid adlandırır. Onun gəldiyi nəticəyə görə, korrupsioner məmurlardan ötrü müqəddəs heç nə yoxdur. Sadəcə, hər şeyin qiyməti var, lazım gələrsə, hətta mühüm dövlət sirlərini də sata bilərlər.
 
Müəllifə görə, korrupsiya və məmur özbaşınalığı dövlətin, cəmiyyətin özülünü sarsıdır, idarəçiliyin effektini azaldır, strateji hədəflərin yolunda böyük bir maneəyə çevrilir. /

Google+ WhatsApp ok.ru