N.Kərimov: Həbs edilnlər barədə məlumat verilmir

“Kənddə sakitlikdir, abadlaşdırma işləri davam edir”. Bu haqda Turan-a Nardaran ağsaqqalı Natiq Kərimov bildirib.
 
Onun sözlərinə görə, evlərin əksəriyyətinə elektrik enerjisi verilib, qaz verilişinə də başlanılır. N.Kərimov kənddə polis bölməsi üçün bina tikintisi aparıldığını da nəzərə çatdırıb.
 
Kənddə narkotik bitkilərin əkilib-əkilməməsilə bağlı polisin həyətlərə baxış keçirdiyini vurğulayan kənd ağsaqqalı hansısa həyətdə qanunazidd nəsə tapıldığı haqda bir söz eşitmədiklərini söyləyib. 
 
N.Kərimov dekabrın 1-dən bu yana kənd sakinlərindən saxlanılanlar olduğunu, amma neçə nəfər və kimlər olmaları, harada saxlanmaları barədə kənd sakinlərinə məlumat verilmədiyini söyləyib. Nardaran Ağsaqqallar Şurası saxlanılanların taleyindən xəbər tutmaq üçün dekabrın 14-də Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) müraciət ünvanlayıb.
 
Kənd sakini olmayanların kəndə girişinə yasaq hələ də qüvvədədir, kəndə gələn yollarda blok-postların olması davam edir. contact.az/

Google+ WhatsApp ok.ru