Nəhayət Qərb liderlərindən biri Putinə “hə” dedi

Çexiya Prezidenti Miloş Zeman 9 May Qələbə bayramının 70-ci ildönümü ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak etmək üçün Moskvaya səfər edəcək.
 
Axar.az xəbər verir ki, Miloş Zeman bu barədə yerli mətbuata açıqlamasında bildirib. O, Çexoslovakiyanın azad edilməsi zamanı 150 min rus əsgərinin öldüyünü və buna görə də anım tədbirlərində iştirak edəcəyini açıqlayıb.
 
Qeyd edək ki, Rusiyanın Avropada ən güclü tərəfdarlarından biri Çexiya Respublikasının Prezidenti Milos Zemandır. Çexiya başçısı Rusiyanın tərəfini saxlayan ictimai bəyanatları ilə məşhurdur.
 
Onu da bildirək ki, bir çox Qərb ölkəsinin lideri Moskvada Qələbə bayramının anım mərasimlərində iştirak etməkdən imtina ediblər./

Google+ WhatsApp ok.ru