Nərgiz Yaqublu vəfat etdi 23 Aprel 2015 01:00 Xəbərlər "Yeni Müsavat" qəzetinin sabiq əməkdaşı, Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu Rusiyanın Tomsk şəhərində, müalicə olunduğu xəstəxanada vəfat edib. O, xeyli müddət idi ki, gənc yaşında yoluxduğu ağır xəstəlikdən müalicə olunurdu və durumu kritik vəziyyətdə idi. Nə yazıq ki, bu gənc, gözəl, bu gün-sabah ana olacaq xanım ağır xəstəliyə qalib gələ bilmədi və bütün sevənlərini, dostlarını, iş və əqidə yoldaşlarını qəhərə boğdu. Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Nərgiz Yaqublunun vəfatına dair yazıb: "Dünya və biz bu gözəlliyi itirdik. Tanrı ruhunu şad eləsin..." Teqlər : #Nərgiz Yaqublu vəfat etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanın şimalında dağlıq ərazilərə 25 sm qalınlığında qar yağıb Tofiq Yaqublunun dəfnə getməsi üçün Ədliyyə Nazirliyinə müraciət olunub