Nəqliyyat Nazirliyində yeni kadr təyinatı olub

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) yeni rəhbər təyin edilib.
 
NİİM-in baş direktoru vəzifəsinə Rüfət İmanov gətirilib. Bu təyinata qədər R. İmanov NİİM-in İnnovativ inkişaf və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi olub.
 
Xatırladaq ki, bir müddət əvvəl NİİM-in baş direktoru Elnur Abdullayev tutduğu vəzifədən azad olunaraq, nəqliyyat naziri Ziya Məmmədovun 3 avqust 2015-ci il tarixli əmri ilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

Google+ WhatsApp ok.ru