Nabatəli Qulamoğlu: “Şagirdlərin müvəffəqiyyətində məktəbin rolu heç 20 faizə çatmır”

Nabatəli Qulamoğlu: “Şagirdlərin müvəffəqiyyətində məktəbin rolu heç 20 faizə çatmır”

Cənub bölgəsində iyunun 16-da keçirilən buraxılış imtahanlarının ilkin nəticələrinə görə məzunlar ötən illə müqayisədə 5-6% yuxarı nəticə göstəriblər. Uzun illərdir ki, qeyd edilən statistik göstəricilər ölkə təhsilinin durumunun acınacaqlı olmasını göstərir. Bunun səbəbi kimi məktəblərin durumunun pis olması və təhsil prosesinin uğurlu olmaması ilə əlaqələndirirlər. Ekspertlərin fikrincə şagirdlərin nisbətən yüksək nəticələr göstərməsini məktəblərdə aparılan islahatlarla əlaqələndirmək sadəcə məntiqsizlikdir.
 
Mövzu ilə bağlı təhsil ekspert Nabatəli Qulamoğlu Deyerler.Org-la fikirlərini bölüşərkən bidirib ki, bu gün orta məktəblərdə daha yaxşı nəticə göstərən şagirdlərin valideynləri daha məsuliyyətlidirlər: “İnkar etmək olmaz, elə məktəblər var ki, orada müəyyən qədər nizam-intizam qura biliblər. Yəni, bu cür məktəblər çox ciddi nəticələrə imza atmasa da, elementar bilik səviyyəsini tədirs edə bilir. Elə məktəblər də var ki, orada direktor yalnız pul yığmaqla məşğuldur. Həmin direktorları tədrisin səviyyəsi deyil, pul yığmağın yeni üsulları düşündürür. Bu reallıqda yaxşı nəticə göstərən uşaqlar üçün məktəbləri tərifləmək kifayət qədər çətin bir məsələdir. Bu baxımdan burada müsbət nəticələrə görə, repititorun və ya məktəbin rolunun üstünlüyünü demək çətin məsələdir. Burada başqa bir faktoru da qeyd etmək lazımdır. Belə ki, müəyyən regionların uşaqları daha bilikli olur. Burada coğrafi mühitin də kifayət qədər rolu var. Bu baxımdan uşaqların müvəffəqiyyət faizini bir neçə hissəyə bölmək lazımdır. Burada məktəbin rolunun 20%-ə çatmadığını düşünürəm. Əsasən digər faktorlar üstünlük təşkil edir. Bu gün məktəblərin yüksək nəticələr göstərməsi, həmin məktəbdə nə qədər şagirdin repititor yanına getməsi ilə müəyyən olur”.

Google+ WhatsApp ok.ru