Nağd əməliyyatların məhdudlaşdırılması

Nağd əməliyyatların məhdudlaşdırılması

Musavat.com saytında isə "Nağd əməliyyatların məhdudlaşdırılması iqtisadi və ictimai sferanı iflic edib" sərlövhəli məqaləyə yer verilib.
 
Müəllif hesab edir ki, bu il "Nağdsız hesablaşmalar haqqında" Qanunun tətbiq olunması sahibkarlıq fəaliyyəti ilə məşğul olanları çətin vəziyyətə salıb. Real sektor, az qala, iflic olub
 
Müəllif xatırladır ki, qanuna görə, ardıcıl 12 aylıq dövrün istənilən ayında 200 min manatdan artıq dövriyyəsi olan ticarət subyektləri 30 min manatdan, qalanları isə 15 min manatdan yuxarı olan bütün əməliyyatları nağdsız həyata keçirməlidirlər: "Artıq biznes qurumları ay ərzində hesablarından 30 min və 15 min manatdan artıq vəsait çıxara bilmirlər. Ölkədə əməkhaqqı ödənişlərindən tutmuş, cari xərclərə qədər əksər ödənişlərin nağd şəkildə həyata keçirildiyini nəzərə alsaq, bu, biznes subyektlərindən ötrü çox ciddi problemə çevrilib. Faktiki olaraq, hesabında on minlərlə manat vəsaiti olan sahibkarlar cari xərclərini ödəmək üçün nağd pul tapa bilmir".
 
İqtisadçı-ekspert Qubad İbadoğlu deyib ki, bu qanun ölkədəki reallıqlar nəzərə alınmadan qəbul olunub: "Doğrudur, hesab edirəm ki, nağdsız hesablaşmalar genişləndirilməlidir. İqtisadiyyatın leqallaşdırılması baxımından bu, böyük effekt verə bilər. Amma ölkədə ödənişlərin böyük bir hissəsinin nağd şəkildə aparıldığını nəzərə alsaq, bu qanunun hansı çətinliklər yaradacağını təxmin etmək çətin deyil".
 
Q.İbadoğluna görə, iş adamlarının problemi qeyri-rəsmi ödənişlərlə bağlıdır. Bu olmadan sahibkarlar sifarişlər ala bilmirlər. Odur ki, sahibkarların ciddi çətinlikləri yaranır. /

Google+ WhatsApp ok.ru