Namazda telefonuna zəng gələn şəxslərə pul cəzası verirlər

Türkiyədə bir məsciddə sakinlər namaz vaxtı telefon zənglərində narahat olmamaq üçün cəza tətbiq edilir.
Maide.az xəbər verir ki, Türkiyənin Kahramanmaraş şəhərində Qarabörk məscidində namaz qılan sakinlər namaz vaxtı telefonundan yüksək səsli zəng gələn şəxsə 10 lirə (təxminən 2 manat), axunda isə 20 lirə (təxminən 10 manat) pul cəzası təyin ediblər.
İki il öncə cəza tətbiq edilməyə başlayandan sonra ilk cəza məhz məscidin axundu Osman Aya verilib. Məlumata görə, bu qayda işə düşəndən sonra təxminən 200 nəfərə pul cəzası verilib. Cəzadan əldə edilən gəlir isə məscidin ehtiyaclarının qarşılanmasına sərf edilir.
Məscid əhlinin sözlərinə görə, bu qərardan sonra artıq bir çox insan namaz vaxtı telefonlarını səssiz etməyi vərdiş halına gətirib./
 
 

Google+ WhatsApp ok.ru