İnanclı xanımlar etiraz etdi- FOTO

İnanclı xanımlar etiraz etdi- FOTO

-- Bakıda Qüdslə bağlı ABŞ səfirliyi qarşısında etiraz piketi keçirilib

Azərbaycan İslam Partiyasının (AİP) Qadınlar Şurası ölkədəki inanclı xanımlarla birgə, ABŞ səfirliyinin qarşısında etiraz aksiyası keiriblər.
 
Məlumata görə, aksiyaçılar ABŞ prezdenti Donald Trampın müqəddəs Qüdsü İsrailin paytaxtı elan etməsinə etiraz ediblər və onun bu açıqlamasının Yaxın Şərqdə, eləcə də dünyada böyük fitnələrə səbəb olacağını söyləyiblər: "Qüds və Qarabağ müsəlman torpağıdır və hər zaman müsəlmanların da olacaq.
 
Fələstin müsəlmanların şah damarıdır" deyən AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova "Əgər biz bu gün bu ədalətsizliyə göz yumsaq, sabah Şuşanı da Ermənistanın paytaxı elan edəcəklər. Müsəlman aləmi, bütün dünya müsəlmanları bu ədalətsizliyə susmamalıdırlar. Bu gün azərbaycanlılar hamısı bizimlə burda işğalçı Amerikaya və İsrailə etiraz etməliydilər" deyib.
 
Etirazçılar ABŞ səfirliyinin qarşısına toplaşaraq "Stop Trum terrorism!", "Qüds və Qarabağ müsəlman torpaqlarıdır!", "İşğalçı İsrail, əlini Qüdsdən çək!" kimi şüarlar səsləndiriblər. Aksiyanı izləyən Nəsimi rayon polis idarəsinin əməkdaşları etirazçıların dinc nümayişinə mane olmayıblar və sonda onlara təşəkkür ediblər. (vetenugrunda.az)
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru