Nardaran Ağsaqqallar Şurasının sədri azadlığa buraxılıb

Bir neçə müddət bundan öncə həbs edilən Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov azadlığa buraxılıb.
Maide.az xəbər verir ki,  bu barədə İslaminSesi-nə ailə üzvləri məlumat veriblər.
Verilən məlumatda qeyd edilir ki, Natiq Kərimov barədə bu gün məhkəmə iclası keçirilib və barəsində həbsdən azad edilməsi barədə qərar çıxarıb.
Maide.az xəbər verir ki, Natiq Kərimovun  vəkili Əyyub Ələkbərov deyib ki, Hacı Natiqin ev dustaqlığına buraxılması ilə bağlı verdiyi vəsatətə Səbail Rayon Məhkəməsində baxılıb. Hakimin qərarı ilə Ağsaqqallar Şurasının sədri şərti azadlığa buraxılıb.
Qeyd edək ki, bir neçə gün bundan öncə Səbail Rayon Məhkəməsində Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçilməsi haqqında qərar çıxarılmışdır./

 

Google+ WhatsApp ok.ru