Nardaran camaatı Hüseyniyyə məscidində imam Hüseynin (ə) 40 mərasimini keçirib? -YENILƏNİB

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov noyabrın 3-də Musavat.com -a açıqlamasında deyib ki, İmam Hüseyn (ə) 40 mərasiminin keçiriləməsinə icazə verilmədi.  "Keçən il bu vaxt nardaran küçələri insan qaynayırdı. İmamın 40 mərasiminə minlərlə insan gəlirdi. Meydanlar dolub daşırdı. Bu gün təssüflər olsun ki, Nardaran başqa Nardarandır. İmamın 40 mərasiminə icazə vermədilər. Günorta namazına qədər başa çatacaqdı. Ondan sonra məsciddə heç kim qalmayacaqdı. Kənar yerlərdən çox az adam gəlmişdi."
 
 
***
Nardaran camaatı Hüseyniyyə məscidində imam Hüseynin (ə) 40 mərasimini keçirir. Məsciddə yüzlərlə adam var. Bu barədə Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov Amerikanın Səsinə bildirib.
 
Onun sözlərinə görə, hazırda qəsəbədə Daxili Qoşunlar və xüsusi təyinatlılar var.
 
“Amma qəsəbə daxilində insanların sərbəst hərəkətinə məhdudiyyət yoxdur. Hətta qəsəbə daxilində avtomobillərin hərəkətinə də ciddi nəzarət edilmir”, o qeyd edib.
 
Kərimovun sözlərinə görə, hüquq mühafizə orqanlarının dünən qəsəbədə keçirdiyi xüsusi əməliyyat nəticəsində 19-dan çox sakin saxlanıb.
 
“Hətta bir ailənin üç üzvü saxlanıb. Analarını isə infarkt vurub”, o qeyd edib.
 
Natiq Kərimov musavat.com-un Nardaranda olan reportyoruna açıqlamasında deyib ki, "Əli" meydanında hüquq-mühafizə orqanları hər hansı bir toplantıya icazə vermirlər. Kənd sakinləri isə qarşıdurma yaranmaması üçün məscidi tərk edib: "Axı buna nə ehtiyac var? Nəzarət edilsin, amma imkan ki, camaat mərasimini keçirsin".
 
Bununla yanaşı, hüquq mühafizə orqanları dekabrın 1-də Nardaranda keçirilən xüsusi əməliyyatın nəticələri ilə bağlı hələ məlumat yaymayıb.

Google+ WhatsApp ok.ru