Nardaranda aparılan danışıqlar bitib - (YENİLƏNİB 2)

12:43 - Nardaranda aparılan danışıqlar bitib. Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimovun Trend-ə verdiyi məlumata görə, ümumi razılığa gəlinməyib."Kənd ağsaqqalları hadisə nəticəsində öldürülən kən sakinlərinin meytlərini tələb ediblər. Sabunçu Rayon Prokurorluğu isə hələlik həlak olanların meytlərinin ailələrinə təhvil verməyib. Kənd ağsaqqalları bununla bağlı Sabunçu Rayon Prokurorluğuna xəbər göndərib ki, meyitlər təhvil vermilyənə qədər kənd sakinləri heç bir danışıqlara getməyəcək".
 
12.13 -    Sabunçu qəsəbəsinin Nardaran qəsəbəsində kənd ağsaqqalları ilə rayon rəhbərliyi arasında danışıqlara başlanıb.
Bu barədə Trend-ə kənd ağsaqqalı Hacı Tağı məlumat verib. Məlumata görə, kənd ağsaqqalları ilə rayon icra hakimiyyəti nümayəndələri arasında danışıqlar başlayıb. Görüşdə Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov, Hacı İlqar və başqaları da iştirak edir. Məlumata görə, sakinlərin asayişə riəyyət etmələri xahiş olunub.
Hacı Tağının sözlərinə görə, ümumilikdə kənd sakinləri ilə hələ ki, ümumi məxrəcə gəlinməyib: "Sakinlər həbs olunan şəxslərin azadlığa buraxılmasını tələb edirlər".
 
***
 
Nardaran camaatı hüquq-mühafizə orqanları ilə danışığa hazırdır.
 
Maide.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov bildirib.
 
Onun sözlərinə görə, kənd camaatı yaranmış vəziyyətlə əlaqədar hüquq-mühafizə orqanları ilə danışıqlar aparmağa hazırlaşır: “Biz qərara gəldik ki, polis və prokurorluq əməkdaşları ilə görüşüb yaranmış vəziyyəti müzakirə edək. Yaxın saatlarda görüş baş tutacaq. Biz bir daha bəyan edirik ki, Nardaran camaatını təxribata çəkmək istəyirlər. Biz bu məsələnin şişirdilməsinin əleyhinəyik. Nardaran camaatı heç vaxt dövlətə qarşı çıxmayıb, çıxmayacaq”.
 
Məşədi Natiq Kərimov onu da deyib ki, ötən gün baş verən atışmada dünyasını dəyişən kənd sakinlərinin meyitləri hələ ailələrinə təhvil verilməyib.

Google+ WhatsApp ok.ru