Nardaranda bəzi evlər plana düşüb

 Nardaran qəsəbəsində vəziyyət dəyişməz olaraq qalır.  Maide.az xəbər verir ki, bu haqda kənd ağsaqqalı Natiq Kərimov azadlıq radiosunun sorğusunu cavablandırarkən bildirib.
 
Natiq Kərimov deyib: "Nardaranda vəziyyət əvvəlki kimidir. Nə yaxşılığa, nə pisliyə doğru dəyişiklik var. Postlar qalır yerində. Polis küçədə adamları saxlayıb üst-başını yoxlayır. Eləcə də evlərdə axtarışlar davam etdirilir. Axtarış olan evlərdən kişiləri polisə aparır, bir qədər saxladıqdan sonra buraxırlar. Niyə saxlayırlar, biz bilmirik. Protokol da tərtib etmirlər."
 
Kənd ağsaqqalı qəsəbədə yolların genişləndirilməsinə başlanıldığını da deyir: «Bəzilərinin evi plana düşür. Onlara kompensasiya verilməlidir, ancaq hələlik xəbər yoxdur. Yolları qazıyırlar, sonra üstünü örtürlər ki, su çəkilməlidir... Kənddə polis binası tikiblər, hazırdır, açılış da etmədilər, bilmirik niyə. Pirdən aşağıda yanğınsöndürənlər üçün bina tikilir».  /
 

 

Google+ WhatsApp ok.ru