Nardaranda bayram namazı qılındı (FOTO)

 

Nardaran Rəhimə xanım (s.ə) ziyarətgahının Hüseyniyyəsində “Fitr bayramı” namazı qılındı. 

 Bu gün İyul ayının 29-u Şəvval ayının 1-i "Müqəddəs Ramazan - Fitr bayramı" günüdür. Bu mübarək günlə əlaqədar olaraq ölkəmizin bütün rayon və şəhərlərində,o cümlədən paytaxt Bakı şəhərinin müxtəlif məscid və Hüseyniyyələrində "Fitr bayramı" namazı qılınıb.

Namaz bitdikdən sonra bayram mərasimi moizələr oxunub. Moizələrdə ilk növbədə bu müqəddəs Ramazan bayramı münasibəti ilə başda İmam Zaman (ə.f) Ağamız olmaqla cəmi müsəlmanların bayramını təbrik edildi. Xütbədən sonra "Vəhdət duası" oxundu.

 Qeyd edək ki, mərasim əsnasında mömin və möminələrə su və şirniyyat ehsan edildi.nardaranpiri.com/ 
 

Google+ WhatsApp ok.ru