Nardaranda Fransanın siyasətinə qarşı etiraz aksiyası - FOTO

Maide.az xəbər verir ki, bu gün Nardaran camaatı Fransada “Charlie Hebdo” jurnalında İslam Peyğəmbərinin (s) karikaturasına etiraz əlaməti olaraq aksiya keçirib.
 
Bu barədə Maide.az-a açıqlama verən Nardaran Ağsaqqallar Şurasının sədri Kərbəlayı Natiq Kərimov bildirib ki, Fransa jurnalında Peyğəmbərin (s) təhqir olunmasına etiraz əlaməti olaraq nardaranlılar da üzərinə düşən borcu yerinə yetirdi: "Mitinq də etirazın bir formasıdır. Biz də bütün dünyaya etirazımızı bu cür çatıdırdıq. Aksiyamızın şüarları həm “terrora yox”, həm də “islamofobiyaya son” idi."
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru