Nardaranda həbs edilən Axund Hacı Nuhbala Rəhimovun işi yenidən istintaqa qaytarıldı

Nardaran hadisələrində təqsirləndirilərək həbs edilən, Nardarandakı Rəhimə Xanım Ziyarətgahının Hüseyniyyə Məscidinin axundu  Nuhbala Rəhimov barəsində başlanmış cinayət işi yenidən istintaqa qaytarılıb.
 
Bu barədə Trend-ə təqsirləndirilən şəxs N.Rəhimovun yaxınları məlumat verib.
 
Məlumata görə, N.Rəhimov barəsindəki cinayət işi yekunlaşaraq məhkəməyə göndərilsə də, Sabunçu rayon Məhkəməsi cinayət işini yenidən istintaqa qaytarıb.
 
Bildirilir ki, H.Rəhimovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 4 ay artırılıb.
 
Qeyd edək ki, N.Rəhimov ötən il dekabrın 7-də Nardaran qəsəbəsində Hüseyniyyə Məscidində saxlanılaraq Sabunçu rayon Polis İdarəsinə aparılıb və Sabunçu rayon Məhkəməsinin qərarı ilə barəsində 12 sutkalıq inzibati həbs qərarı çıxarılmışdı. Sonra N.Rəhimovun barəsindəki inzibati həbs tədbiri 4 aylıq qəbs-qətimkan tədbirinə dəyişdirilib və o, Nardaran hadisələrilə bağlı təqsirli bilinərək başlanmış cinayət işinin istintaqına cəlb edilmişdi.
 
Ötən ay N.Rəhimov barəsindəki cinayət işinin istintaqı yekunlaşaraq Sabunçu rayon Məhkəməsinə göndərilmişdi.
 
Digər bir xəbərə görə,  Bu il martın 1-də Naradaran qəsəbəsində divarlara dini şüarların yazılmasında təqsirləndirilərək saxlanılan və inzibati həbs edilən 7 nəfərin hamısı azadlığa buraxılıb.
 
Bu barədə Trend-ə Nardaran sakinləri məlumat veriblər. Məlumatda bildirilir ki, saxlanılan şəxslərin inzibati həbs müddətləri başa çatıb və bir neçə gün öncə həmin şəxslər azadlığa çıxıb. Qryd edək ki, bu il martın 1-də polis Nardaranda əməliyyat keçirərək 32 nəfəri saxlayıb Sabunçu rayon Polis İdarəsinə aparmışdı. Saxlanılan şəxslərin əksəriyyəti ifadəsi alınandan sonra buraxılsa da, 7 nəfər barəsində Sabunçu rayon Məhkəməsi 20 və 24 sutka inzibati həbs qərarı çıxarmışdı.
Əməliyyatın keçirilməsinə səbəb Nardaran qəsəbəsinin mərkəzi hesab edilməyən dar küçələrində, dalanlarda küçə divarlarına "Allahu Əkbər", "Ya Əli" və "Ya Hüseyn" sözlərinin yazılması idi. /

Google+ WhatsApp ok.ru