Nardaranda saxlanılanlardan yeni xəbər - 8-dən 5- i sərbəst

Dünən Nardaranda keçirilən əməliyyatlar zamanı saxlanılan 8 nəfərdən 5-i sərbəst buraxılıb. 3 nəfər isə "Banditzm"ə aparılıb.
 
Bu barədə məlumatı musavat.com-a kənd ağsaqqalı Natiq Kərimov verib.
 
"5 nəfər dünən axşam buraxılıb. 3 nəfərdən xəbər yoxdur. Əməliyyat hər gün var. Saxlanılanlar var. Buraxılanlar da var. Əksər saxlanılanın taleyindən xəbərsizik. Ailələri də narahatdır. Ombudsmana müraciətimizə də cavab verilməyib"- deyə N.Kərimov bildirib.
 
Kəndin hələ də Daxili Qoşunların və polisin ciddi nəzarətində olduğunu deyən N.Kərimov qetd edib ki, kəndə kənar yerlərdən gələnlərin girişinə qadağa yenə də qüvvədədir. /
 

Google+ WhatsApp ok.ru