Nardaranda vəziyyət gərgin olaraq qalır

Dekabrın 3-də cümə axşamı Nardaranda vəziyyət gərgin olaraq qalır. Dördüncü gündür ki, qəsəbə ətrafında bütün yollar Daxili Qoşunların və polisin nəzarətindədir.
 
Bu gün qəsəbənin əsas girəcəklərinə əlavə maneələr qoyulub, yerli sakinlər bildiriblər.
 
Qəsəbədə əvvəlkitək DİN-in xüsusi bölmələri və zirehli texnika var. Qəsəbədə xüsusi əməliyyat davam edir. Yalnız çörək maşınları buraxılır.
 
Qəsəbəyə və jurnalistlər və kənar şəxslər buraxılmır. Qaz, işıq yoxdur.contact.az /

Google+ WhatsApp ok.ru