Nardaranda yalnız bir dini icma fəaliyyət göstərəck

Nardarandakı məscidlərlə bağlı orada yalnız bir icmanın qeydiyyata alınması və digər məscidlərin o icma vasitəsi ilə mütəvəli (nümayəndə) qayda ilə idarə olunması barədə qərar qəbul edilib.
 
Maide.az xəbər verir ki, bu barədə APA  agentliyi məlumat yayıb.
Məlumata görə, yerli sakinlərin iştirakı ilə qərara alınıb ki, icma Rahimə Xanım ziyarətgah məscidində qeydiyyata alınsın və dində mövcud olan qaydaya görə qəsəbədəki digər məscidlərə oradan mütəvəlilər təyin edilsin.
 
Nardarandakı digər məhəllə məscidlərində ayrıca icmaların olması zəruri hesab edilməyib. Qərara alınıb ki, icma Rahimə Xanım ziyarətgahında qeydiyyata alındıqdan sonra mütəvəlilər Qafqaz Müsəlmanları İdarəsinin ora təyin olunmuş qazısı tərəfindən təyin ediləcək. Mütəvəlilər Nardarandakı məscidlərin fəaliyyətini qeydiyyata alınacaq bir icmadan əlaqələndirə biləcəklər. Onların fəaliyyətinə QMİ-nin qazısı istiqamət verəcək. Bütövlükdə isə hamısı dini baxımdan QMİ-yə tabe olacaq
 
Qeyd edək ki, Nardaranda Cümə məscidi, Rəhimə Xanım məscidi, Qulam Əli məscidi, Kiçik məscidi və Ağa məscidi mövcuddur. Nardaran hadisələrdən sonra Cümə məscidi istisna olmaqla, digər məscidlərin fəaliyyəti qeydiyyatsız olduqları üçün dayandırılıb.
 Məlumata görə, həmçinin Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən Hacı Musa Qasımov Nardaran qəsəbəsinə qazı təyin olunub. O, Nardarandakı Cümə məscidinin axundu olub.

 

Google+ WhatsApp ok.ru