Nardaranda yaralananların son durumu - Nazirlikdən açıqlama

Noyabrın 26-da Nardaranda baş verən atışma zamanı yaralanan 3 nəfərin vəziyyəti ağırdır. 
 
Bu barədə aznews.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 
 
Məlumata görə, xəstələrdən birinin vəziyyəti daha ağırdır: “Digər iki xəstənin vəziyyəti isə normaldır. Ümumilikdə, vəziyyətləri stabildir. Hər üç xəstə əməliyyat olunub. Onlar 19, 28 və 30 yaşlı gənclərdir”. 
 
Mətbuat xidməti hadisə ilə bağlı istintaq getdiyi üçün yaralıların adlarını açıqlamaq istəməyib. 

Google+ WhatsApp ok.ru