Nasa Günəşə kosmik gəmi göndərir - VİDEO

Nasa Günəşə kosmik gəmi göndərir - VİDEO

NASA bəyan edib ki, “birbaşa Günəşin səthinə doğru” kosmik gəmi göndərməyə hazırlaşır.
 
Missiyadan məqsəd Yerin süni peyklərinin və elektrik şəbəkəsinin işini təsirləndirən Günəş qasırğalarının öyrənilməsidir.
 
Pilotsuz kosmik modul Günəş səthinin 6 milyon kilometrliyinə yaxınlaşaraq Günəş tacının içində hərəkət edəcək və 1400 dərəcə istiliyə tab gətirməli olacaq.
 
Uçuşuna gələn il start veriləcək Parker Solar Probe modulu “bəşəriyyətin Günəş haqqında biliklərini son dərəcə zənginləşdirməlidir”.
 
Modulun 11, 5 santimetr qalınlığında qoruyucu örtüyü onu Günəşin yandırıcı temperaturundan mühafizə etməlidir.
 
Kosmik gəmi Günəşə yaxınlaşmaq üçün Venera ilə qoşa uçaraq "kölgələnməyə" çalışacaq.
 
Modulda quraşdırılmış teleskoplar alimlərə Günəşə misli görünməmiş yaxınlıqdan baxmaq imkanı verəcək.
 
NASA ekspertləri bildirirlər ki, hazırda Günəşi monitorinq edən peyklərdən ibarət şəbəkə mövcuddur, lakin bu peyklər radiasiyanın Günəş atmosferində toplanıb bundan sonra Yerə doğru necə hərəkət etməsinin, Günəş küləklərinin mexanizmini açmağa imkan vermir.
 
Radioaktiv qasırğalar Yerin telekommunikasiyalarını və GPS sistemini pozmaq və bəzən planetimizin qoruyucu atmosferini yararaq elektrik qurğularına müdaxilə etmək iqtidarındadır.
 
NASA alimləri bildirirlər ki, Günəş dalğalarının Yerə doğru hərəkəti öyrənildikdən sonra Günəş qasırğalarının proqnozlarını vermək və qiymətli avadanlıq və şəbəkəni mühafizə etmək mümkün olacaq.
 
İndiyədək Günəşə ən çox yaxınlaşmış kosmik gəmi Helios 2 olub. O 1976-cı ildə Günəşin 43 milyon kilometrliyinə çatmışdı.
 
Günəş missiyası gələn ilin iyul-avqust aylarına planlaşdırılıb.
 

Google+ WhatsApp ok.ru