Nasaz avtobusların xətdən çıxarılacağı vədi niyə reallaşmadı?

Nasaz avtobusların xətdən çıxarılacağı vədi niyə reallaşmadı?

Bakı Nəqliyyat Agentliyi 2016-ci ilin sonuna kimi nasaz avtobusların xətdən çıxarılacağını və müasirləri ilə əvəz ediləcəyini bildirmişdi. Eyni zamanda bütün avtobuslar vahid kart sisteminə keçməli idi. Amma proses yubanıb.
 
Xezerxeber.az məlumat verir ki, 2016-cı ilin sonuna kimi nasaz avtobusların xətdən çıxarılacağını və müasirləri ilə əvəz ediləcəyi nəzərdə tutulsa da, prosesi başa çatdırmaq mümkün olmayıb.
 
Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mayis Ağayevin sözlərinə görə, buna səbəb nasaz avtobusların çoxluq təşkil etməsidir.
 
İlin sonunadək yekunlaşdırılmalı olan digər bir proses “Bakıkart”a keçid idi.  Məsələ ilə bağlı Agentlikdən bildirildi ki, hazırda 17 marşrut xəttindəki avtobuslar kartla ödəmə sisteminə keçib. Lakin hamısının keçməsi üçün avtobuslar müəyyən tələblərə cavab verməlidir.
 
Vahid kart sisteminə yaxın bir neçə ay ərzində tam keçiləcəyi gözlənilir.
 

Google+ WhatsApp ok.ru