Natiq Kərimov: Bu tədbirlər nə üçün həyata keçirilir?

"Azərişıq”ın hesablamalarından belə çıxır ki, hər həyətin 15 min manat borcu var"
 
Bu barədə Turan-a Nardaran Ağsaqqallar Şurasının rəhbəri Natiq Kərimov bildirib.
 
“Mən başa düşmürəm ki, bu tədbirlər nə üçün həyata keçirilir. Nardaranda aksiya başa çatıb, İmam Hüseyn meydanında bir nəfər yoxdur”, - N.Kərimov sual edib.
 
O, kənd əhalisinin 42 mln. manat işıq pulu borcunun olması barədə “Azərişıq”ın məlumatını əsassız adlandırıb. Xatırladıb ki, 2007-ci ildə əhalinin elekrik enerjisinə görə borcu dövlət tərəfindən silinib: “Azərişıq”ın hesablamalarından belə çıxır ki, hər həyətin 15 min manat borcu var.
 
“Bu qədər borc haradandır? Biz burada istehsalatla  məşğul olmuruq. Biz ancaq məişət cihazları işlədirik”, - N.Kərimov vurğulayıb.
 
O həmçinin bu gün telefon qovşağında olub. Ona telefona və İnternetə görə borcun olmadığı bildirilib. Bununla belə qəsəbədə telefon əlaqəsi kəsilib. islaminsesi/

Google+ WhatsApp ok.ru