NATO-dan Rusiyaya təhdid: 5 minlik özəl qüvvə yaradılır

NATO 5 min əsgərdən ibarət özəl bir ordu qurur.  

Axar.az xəbər verir ki, NATO-nun 5 minlik ordu yaratması Rusiyaya qarşı təhdid kimi dəyərləndirilir.  

NATO Müdafiə nazirlərinin Ukrayna böhranı ilə bağlı yeni güc strukturu yaratmağa razılıq vermələri, Rusiya və Qərb arasında yeni "soyuq müharibə"nin başlamasından xəbər verir.

Ekspertlər tərəflər arasında gərginliyin daha da artacağını proqnozlaşdırır.

  Ekspertlərin proqnozlarına görə, Baltik ölkələri (Latviya, Litva, Estoniya), Bolqarıstan, Polşa və Rumıniyada qərarlaşacaq ordu NATO ilə əlaqədə olacaq.

NATO-nun bu addımı qeyd edilən ölkələrin Rusiya qarşısında özlərini daha təhlükəsiz hiss etmələrini təmin edəcək. /

Google+ WhatsApp ok.ru