Navalnının azad olunması tələbi ilə Rusiyada aksiyalar keçirilir - VIDEO 23 Yanvar 2021 13:18 Dünya Aleksey Navalnının azad olunması tələbi ilə Rusiyanın müxtəlif regionlarında aksiyalar keçirilir. Hüquq mühafizə orqanları icazəsiz etiraz aksiyalarına qatılanlara qarşı ciddi xəbərdarlıq edib, artıq bir neçə gün öncədən etibarən Navalnının müttəfiqlərindən bir neçəsi saxlanılıb və ya cərimələnib. Etiraz aksiyaları Novosibirsk, Vladivostok, Xabarovsk, Tomsk, Ulan-Ude, Kemerovo və digər şəhərlərdə keçirilir. Artıq polis tərəfindən saxlanılanların olduğu bildirilir. Aksiyalar zamanı saxlanılanların olduğu bildirilir. Xatırladaq ki, yanvarın 17-də Almaniyadan müalicədən geri dönən Aleksey Navalnı Moskvada "Şeremetyevo" hava limanında saxlanılıb. Növbəti gün onun saxlanıldığı polis bölməsində məhkəmə təşkil olunaraq ona 30 günlük həbs verilib. O, fevralın 15-dək həbsdə olacaq, daha sonra isə onun işi ilə bağlı yenidən məhkəmə keçiriləcək. Teqlər : #Navalnının,#azad,#olunması,#tələbi,#ilə,#Rusiyada,#aksiyalar,#keçirilir,#VIDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bağdadda ABŞ qüvvələrinin olduğu qərargaha raketlər atılıb (VİDEO) İran XİN rəhbəri: Biz sevinirik ki, Azərbaycan öz torpaqlarını geri qaytarıb