Naxçıvandan Bakıya gəlmək çətinləşdi 29 Avqust 2016 01:00 Ölkə Naxçıvan Muxtar Respubllikasından Bakıya gəlmək olduqca çətinləşib Naxçıvan sakinlərinin bildirdiyinə görə, Muxtar respublikadan Bakıya gəlmək üçün bilet tapılmır. Hal-hazırda sentyabr ayının 15-ə kimi bütün biletlər satılıb. Sakinlərin bildirdiyinə görə, hər gün səhər saat 8-dən etibarən bütün aviakassaların qabağında növbə gözləyən onlarla insan bilet almadan evinə dönür. Bir gündə 4-dəfə Bakı-Naxçıvan reysi olsa da, bu hazırkı vəziyyət üçün kifayət etmir. Məsələ ilə bağlı sayta danışan Respublika kassasının yerli xətlər şöbəsinin əməkdaşı məlumatı təsdiq edərək hazırda Naxçıvandan Bakıya gəlmək üçün biletlərin olmadığını bildirib: “Bəli, hazırda Muxtar Respublikadan paytaxta gəlmək üçün sentyabr ayının 15-ə kimi bilet yoxdur. Biletlər əvvəlcədən alınıb, hazırda gedib- gələnlər üçün bilet yoxdur. Amma buna baxmayaraq hər gün xəttə əlavə rey salınır, bu da bəs etmir. Nəticədə belə vəziyyət yaranır. Vacib məsələlərlə bağlı səfər etmək istəyənlər üçün bu vəziyyət daha pisdir. Çünki VİP yerlər üçün də bilet yoxdur". (bizimyol) / Teqlər : #Naxçıvandan Bakıya gəlmək çətinləşdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ölkə çaylarındakı hazırki vəziyyət Bakının susuz qalmasının SƏBƏBİ