Nazir: 16 şəhər və rayon üzrə 287 min nəfərə birdəfəlik ödəmə veriləcək

Nazir: 16 şəhər və rayon üzrə 287 min nəfərə birdəfəlik ödəmə veriləcək

Daha 8 rayon və şəhər üzrə xüsusi karantin rejiminin tətbiqinə başlanıb.  190 manat birdəfəlik ödəmə həmin şəhər və rayonlar üzrə də şamil olunacaq.
 
Maide.Az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev AzTV-yə müsahibəsində bildirib.
 
Nazir deyib ki, bununla bağlı artıq qərar layihəsi hazırlanıb və yaxın günlərdə Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək. Bu ödəmə işsiz şəxslərə və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən şəxslərə veriləcək.
 
Beləliklə, xüsusi karantin rejiminin sərtləşdirildiyi ümumilikdə 16 şəhər və rayon üzrə 287 min nəfərə yaxın günlərdə bank kartları vasitəsilə ödəniş veriləcək. Bu məqsədlə 55 milyon manat vəsait ayrılıb.
 
Onu da bildirək ki, sərt karantin rejimi Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-ək uzadılıb.

Google+ WhatsApp ok.ru