Nazir: 'İran'  'Şimal-Cənub' dəhlizini təkmilləşdirməyə çalışır

Nazir: 'İran' 'Şimal-Cənub' dəhlizini təkmilləşdirməyə çalışır

İran Rəşt-Astara strateji dəmiryol layihəsini tamamlamağa və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin 2024-cü ilin yanvar ayının ortasınadək təkmilləşdirməyə çalışır.
 
Bunu APA-ya Avrasiya iqtisadi Birliyinin iclası çərçivəsində İranın yol və şəhərsalma naziri Məhəmməd İslami deyib.
 
O bildirib ki, bu layihə İranın dəmir yolu şəbəkəsini Azərbaycan vasitəsilə Rusiya və digər ölkələrlə birləşdirir və bu, İran üçün çox əhəmiyyətli bir layihədir: "Azərbaycan da bu layihənin icrasında maraqlıdır və xüsusi səylər göstərir".
 
M. İslami onu da qeyd edib ki, Rəşt-Astara dəmiryol layihəsinin icra olunduğu bölgədə ərazi əhalidən satın alınıb, həmçinin dövlət əraziləri də dəmir yolunun tikintisi üçün ayrılıb.
 
İranın dəmir yolu şəbəkəsinin inkişaf etdirildiyindən danışan M. İslami deyib ki, İran İslam Respublikasının geosiyasi mövqeyini inkişaf etdirmək üçün infrastrukturun yaxşılaşdırılması, MDB ölkələrinin Dəmir Yolları Birliyinə üzv olmaq, həmçinin bölgə ölkələri ilə eyni tariflərə sahib olmaq üçün bir neçə tərəfli əməkdaşlıq sazişlərinin imzalanması nəzərdə tutulub.
 
Qeyd edək ki, Avrasiya İqtisadi Birliyinin iclası bu gün İranın Gilan əyalətinin Ənzəli limanında keçirilib. İclasda İran rəsmiləri ilə yanaşı yerli və əcnəbi qonaqlar iştirak edib. İclasda azad iqtisadi zonalarının regional əməkdaşlığın inkişafında rolu məsələsi müzakirə olunub.
 

Google+ WhatsApp ok.ru