Nazirlər Kabineti dil normalarının pozulmasına görə cərimələrin tətbiqi təklifini qəbul edib

Nazirlər Kabineti dil normalarının pozulmasına görə cərimələrin tətbiqi təklifini qəbul edib

Azərbaycanda ədəbi dil normalarının pozulmasına görə cərimələrin tətbiq edilməsi barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Nazirlər Kabinetinə (NK) verdiyi təklif qəbul edilib.
 
Maide.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.
 
Direktorun sözlərinə görə, bu cərimələrin yeni yaradılacaq Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən tətbiq edilməsi nəzərdə tutulur.
 
Akademik mərkəzin noyabrın 1-dək fəaliyyətə başlayacağı qənaətindədir:
 
M.Nağısoylu bildirib ki, Monitorinq Mərkəzi afişalar, reklamlar və elanlarda normaların pozulması hallarının aradan qaldırılması üçün qurumlara göstərişlər verəcək, təbliğat işləri aparacaq: "Biz ədəbi dil normalarının pozulmasına görə cərimənin tətbiqini də təklif etmişik. Cərimələrin həm fiziki, həm də hüquqi şəxslər üçün tətbiqi təklif edilib. Bu təklifimiz NK tərəfindən qəbul edilib".
 

Google+ WhatsApp ok.ru