Nazirlikdən çörəyin bahalaşacağı xəbərinə - Reaksiya 29 İyul 2016 01:00 Ölkə İqtisadiyyat Nazirliyi çörəyin bahalaşması ilə bağlı yayılan xəbərə münasibət bildirib. “Qafqazinfo”ya açıqlamasında nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev xəbəri təkzib edib: “Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin apardığı monitorinqlər zamanı çörəyin qiymətində artım müşahidə olunmayıb. Əgər hər hansı bir dəyişiklik baş verərsə, bu məsələ araşdırılacaq”. Qeyd edək ki, mətbuatda sabahdan etibarən çörəyin qiymətinin 10 qəpik artacağı ilə bağlı xəbərlər yayılıb. Qiymət artımından sonra hazırda 30 qəpiyə satılan çörəyin 40 qəpiyə, 40 qəpik olan çörəyin isə 50 qəpiyə satılacağı bildirilir. / Teqlər : #Nazirlikdən çörəyin bahalaşacağı xəbərinə Reaksiya , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru AİP sədr əvəzi:“Referendumun keçirilməsi ilə bağlı mövqeyimiz müsbət deyil” 30 iyulda gözlənilən hava şəraiti