İndoneziyada həbsxanada yanğın zaman 5 nəfər ölüb

İndoneziyanın Sumatra adasında məhbuslar tərəfindən törədilən yanğın nəticəsində ən azı 5 nəfər ölüb.
 
APA-nın “Assoşigyted Press” agentliyinə istinadən verdiyi məlumata görə, yanğın cümə axşamı hüquq-mühafizə orqanlarının əməkdaşları kriminal avtoriteti həbsxanadan digər həbsxanaya köçürəndən sonra başlayıb.
 
Həmin cinayətkarın həbsxanada narkotik vasitə ticarətinə nəzarət etdiyi ehtimal olunur. Hüquq-mühafizə orqanları hesab edir ki, məhbuslar narkobarona dəstək məqsədi ilə yanğın törədiblər.  Yanğından sonra sağ qalan 252 məhbus başqa həbsxanaya köçürülüb. Cəzaçəkmə müəssisəsinin əməkdaşları arasında xəsarət alan olmayıb. /

Google+ WhatsApp ok.ru