İndoneziyada müsəlman qadınlar üçün xüsusi dəbilqə hazırlanıb

İndoneziyada müsəlman qadınlar üçün xüsusi dəbilqə hazırlanıb

Cargloss hicab geyən müsəlman qadınlar üçün yeni motosiklet dəbilqə modeli hazırlayıb.
 
Maide.Az "islam.ru"a istinadla xəbər verir ki, açıq üzlü və dəyişdirilmiş daxili hissəsi olan dəbilqə başa narahatlıq və təzyiq yaratmır. 
 
"İndoneziyadakı insanların çoxu müsəlmanlardır və burada qadınlar həmişə motosikletə miniblər, buna görə biz bu dəbilqəni yaratdıq" deyə, şirkət nümayəndəsi Maman Haruman yeni məhsulu Cakartadakı sərgidə təqdim edərkən bildirib.
 
“Hicablı qadınlar belə bir dəbilqədə qıcıq və baş üzərində təzyiq hiss etməyəcəklər. Bu, onlar üçün rahat olacaq, çünki dəbilqə toplanmış saç və hicab üçün yer nəzərə alaraq hazırlanmışdır.

Google+ WhatsApp ok.ru