Neft Şirkətində daha bir faciə: ölən var

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) işçisi bədbəxt hadisə nəticəsində ölüb.
 
Lent.az-ın məlumatına görə, hadisə şirkətin tabeliyində olan "Neftqazçıxarma" trestinin 4 saylı tikinti-quraşdırma idarəsində baş verib. Həmin idarədə elektrik vəzifəsində çalışan. 1951-ci il təvəllüdlü Bəhramov Simran Qarakişi oğlu estakadadan dənizə yıxılıb. O, boğularaq ölüb.
 
Faktla bağlı araşdırmalar aparılır.
 
Qeyd edək ki, son vaxtlarda Neft Şirkətinin tikinti quraşdırma idarələrində ölümlə nəticələnən bədbəxt hadisələrin sayı artıb.

 

Google+ WhatsApp ok.ru