Netanyahunun Azərbayacana gəlişi ölkə ictimaiyyəti tərəfindən etirazla qarşılandı

Netanyahunun Azərbayacana gəlişi ölkə ictimaiyyəti tərəfindən etirazla qarşılandı

Xəbər verdiyimiz kimi cinayətkar İsrail rejiminin baş naziri Benyamin Netanyahunun gələn həftə Azərbaycana səfəri planlaşdırılır. Artıq sözügedən səfər, əhalisinin 90%-dən çoxu müsəlman olan Azərbaycan xalqı tərəfindən böyük etirazla qarşılanıb. Belə bir səfərin xüsusilə əziz İslam peyğəmbəri Həzrəti Məhəmmədin(s) mövlud günləri ərəfəsində başa tutmasına, böyük əhali kütləsi ciddi şəkildə etiraz edib.

 

 İlqar İbrahimoğlu: “İsrail rejiminin baş nazirinin Azərbaycana səfərini mənfi dəyərləndiririk”

 

 

İlahiyyatçı-filosof,  DEVAMM sədri İlqar İbrahimoğlu açıqlaması zamanı bildirdi ki, Netanyahunun Azərbaycana gəlişi, uşaq qatilinin səfəri kimi dəyərləndirilməlidir.  Dünya səthində Benyamin Netanyahunun terror rejiminin başçısı kimi tanındığını söyləyən DEVAMM sədri, hər bir müsəlman tərəfindən sözügedən şəxsin lənətlənməli və pislənməli olduğunu dilə gətirib: “Birmənalı olaraq İsrail rejiminin baş nazirinin Azərbaycana səfərini mənfi dəyərləndiririk. Azərbaycan insanı və dövləti üçün İsrail rejimi tərəfdən hər hansı bir xeyirin gəlməsi mümkünsüzdür. İsrail rejimi islam ümməti üçün yaradılmış bir bəla və müsibətdir. Qondarma Qarabağ rejiminin rəhbərliyi hər hansı bir yerə səfər edərkən necə narahatlıq keçiririksə, qeyri-legitim İsrail rejiminin Azərbaycana gəlişindən də eyni formada təsirlənirik. Digər narahatedici bir məqam isə budur ki, səfər əziz islam peyğəmbərinin(s) mövluduna yaxın günlərdə baş tutur. Ümid edirik ki, yaxın gələcəkdə xalqımızın bəsirətliyi və ayıqlığı nəticəsində onlar bu cür mövzularda özlərində cəsarət tapmayacaqlar.”

 

Rövşən Əhmədli: “Ərazisinin 20%-dən çoxu işğal altında olan bir ölkəyə, 60 ildir fələstinlilərin doğma torpaqlarını əsarətdə saxlayan və onlara olmazın zülmlər edən rejimin baş nazirinin səfəri yolverilməzdir”

 

 

Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli isə açıqlaması zamanı qeyd etdi ki, terrorçu İsrail rejimin baş nazirinin Azərbaycana gəlməsi maraqlarımıza ziddir. Rövşən Əhmədli onu da əlavə etdi ki, ərazisinin 20%-dən çoxu işğal altında olan bir ölkəyə, 60 ildir fələstinlilərin doğma torpaqlarını əsarətdə saxlayan və onlara olmazın zülmlər edən rejimin baş nazirinin səfəri yolverilməzdir, zərərlidir: “Bu cür səfər Azərbaycanın islam dünyasındakı mövqeyinə ziddir. Səfərin məqsədindən asılı olmayaraq bəşəriyyətə düşmən kəsilən cinayətkar bir rejimin rəhbərinin Azərbaycana səfəri arzu edilən deyil. Digər bir məsələ budur ki, Netanyahu deyilən şəxs təkcə müsəlmanlar arasında yox, eyni zamanda Avropa və Amerika insanları arasında da cinayətkar kimi tanınır və əleyhinə imzalar toplanır. Yəni qeyri-müsəlman xristian ölkələri də Netanyahunu insan qatili adlandırırlar. Bu baxımdan belə bir şəxsin Azərbaycana gəlişi təəssüf doğurur.”

 

 

Eldəniz Quliyev: “Bizə günahsız insanların qanına göz yummaq hesabına başa gələn siyasi divident lazım deyil”

 

Картинки по запросу Eldəniz Quliyev

 

Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev isə açıqlamasında vurğuladı ki, İsrail tərəfdən fələstində qətl edilən, öldürülən körpə, cavan və qocaların nalələrini unutmaq mümkün deyil. Azərbaycan əhalisinin də müsəlman ümmətindən hesab edildiyini söyləyən Eldəniz Quliyev, yazılmayan qanunlara əsasən digər müsəlmanlarla bizlərin də arasında qardaşlıq bağalarının olduğunu bildirdi: “Əgər qardaşımı qətlə yetirən rejimin rəhbəri Azərbaycana gəlirsə, əlbəttə ki, hər bir müsəlmanın bu səfərə münasibəti mənfi olmalıdır. Heç bir halda hər hansı bir siyasi uduş və ya divident minlərlə günahsız insanın qanından üstün ola bilməz. Bizə günahsız insanların qanına göz yummaq hesabına başa gələn siyasi divident lazım deyil.”

 

Qurban Məmmədov: “Düşünürəm ki, bu görüşdə də ölkə başçısı xalqın mövqeyini İsrailin baş nazirinə çatdıracaq”

 

Картинки по запросу Qurban Məmmədov

 

 

Tanınmış hüquq müdafiəçisi Qurban Məmmədov isə açıqlaması zamanı bildirdi ki, İsrailin islam dünayasına qarşı, xüsusilə Fələstində və Qəzzada müsəlmanlara qarşı etdiklərinə görə daima etiraz səsimizi ucaltmalıyıq: “Düşünürəm ki, bu görüşdə də ölkə başçısı xalqın mövqeyini İsrailin baş nazirinə çatdıracaq. Hesab edirəm ki, hazırda İsraillə əlaqələrimiz qarşılıqlı maraqlara xidmət edir. Eyni zamanda Azərbaycan hökumətinin bu görüşdən sonra qonşu ölkələr arasında etimadı itəcək”.

 

Əli Nur: “Müsəlman və ya qeyri- müsəlman mənsubiyyərindən asılı olmayaraq, bütün ədalətsevər cəmiyyətlər tərəfindən qınanan işğalçı rejimdən ölkəmiz nə xeyir əldə edilə bilər”?

 

Картинки по запросу ilahiyyatçı Əli Nur

 

İlahiyyatçı alim, AİP-in siyasi məsələlər üzrə sədr müavini Əli Nur isə məsələyə münasibət bildirərək bunları dedi: “Hər zaman özünü dünyanın ağası hesab edən işğalçı sionist rejimin hansısa bir ölkəyə səfəri həmin ölkə üçün yaxşı heç nə vəd etmir. Bu, həmişə belə olub. Müsəlman və ya qeyri- müsəlman mənsubiyyərindən asılı olmayaraq, bütün ədalətsevər cəmiyyətlər tərəfindən qınanan işğalçı rejimdən ölkəmiz nə xeyir əldə edilə bilər? Bu məsələyə bir də  Yaxın Şərq, eləcə də regional Rusiya-Türkiyə münasibətləri, Suriya düyünü fonunda baxdıqda mövzu daha da aydınlaşır”.(islaminsesi) /

 

 

 

 

Google+ WhatsApp ok.ru