NiDA siyasi məhbuslara dəstək üçün kitab yarmarkası keçirir

Nida Vətəndaş Hərəkatı siyasi məhbus ailələrinə yardım məqsədilə 2 günlük kiçik kitab yarmarkası təşkil edəcək. Bu barədə hərəkatın yaydığı açıqlamada bildirilir.
 
"Kitablar ən ucuz qiymətlərlə satılacaq. Satışdan əldə olunan məbləğ çətin vəziyyətdə olan siyasi məhbus ailələrinə dəstək kimi veriləcək. Kitabların sırasında hərəkat olaraq özümüz nəşr etdirdiyimiz və digər ədəbi kitablar olacaq",- deyə NiDA-ın açıqlamasında qeyd olunub. 
 
Kitab yarmarkasının şənbə və bazar günü saat 2-dən 5-ə qədər Müsavat Partiyasının qərargahında keçiriləcəyi bildirilir.  Meydan.tv /

Google+ WhatsApp ok.ru