Nigeriyada Şeyx Zəkzakinin azadlığı tələbi ilə izdihamlı mitinq keçirilib - Foto

Nigeriyada Şeyx Zəkzakinin azadlığı tələbi ilə izdihamlı mitinq keçirilib - Foto

Nigeriyanın paytaxtı Abuca şəhərində Şeyx Zəkzakinin haqsız yerə həbs olunmasının 2-ci il dönümü ilə əlaqədar etiraz mitinqi keçirilib.
 
Maide.Az "İslaminSesi”-ə istinadən bildirir ki, paytaxt Abucada böyük canlanma olub. Çoxlu sayda etirazçılar əllərində şüar və şəkillərlə iki illik haqsız həbsə etirazlarını bildiriblər.
 
Qeyd edək ki, 2015-ci ildə Peyğəmbərin (s) mövludu günündə Nigeriya ordusu Nigeriya şiələrinin lideri Şeyx İbrahim Zakzakinin evinə və evinin yaxınlığındakı Bəqiyətullah hüseyniyyəsinə hücum edərək 1000 nəfərə yaxın insanı qətl etmiş və daha yüzlərə insanı həbs etmişdi. Şeyx Zakzaki də yaralanaraq həbs edilmişdir.
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru