Nigeriya polisi: Şeyx Zəkzaki sağdır

Nigeriya polisi və ordusu həbsdə olan tanınmış alim Şeyx Zəkzakinin tərəfdarlarına o alimin sağ olduğunu elan edib. 
Maide.az xəbər verir ki, son günlər Nigeriyada bu ölkənin Əhli-Beyt (ə) tərəfdarlarının lideri Şeyx İbrahim Zəkzakinin dəstəklənməsi məqsədi ilə keçirilən etiraz aksiyaları artıb və etirazçılar o alimin azadlığa buraxılmasını tələb edirlər. 
Etirazçılar həmdə Şeyx Zəkzakinin ağır yaralandığını və həbs olunduqdan sonra onun taleyi ilə bağlı heç bir məlumatın verilmədiyini və bunun onları  narahat etdiyini elan ediblər. Bundan sonra Polis etirazların çoxalmasını və narahatlıqların artmasını nəzərə alaraq rəsmən elan edib ki, Şeyx Zəkzakinin sağlamlıq durumu yaxşıdır və o sağdır. 
Qeyd edək ki, dekabrın ortalarında Nigeriya ordusu Zarya şəhərində şiələrin toplaşdığı Bəqiyyətullah hüseyniyyəsi və Şeyx Zəkzakinin evinə hücum edib. İnsan haqları təşkilatları Nigeriya ordusunun Kaduna əyalətində Zarya şəhərinə hücum zamanı ən az 300 Əhli –Beyt (ə) tərəfdarının öldürüldüyünü elan ediblər. Bəzi məlumatlara görə, hücum zamanı 1000 –dək şiə qətliam olunub.
 
 

Google+ WhatsApp ok.ru