Nigeriya tanker partladı, 70 nəfər öldü

Nigeriyada benzin daşıyan tankerin sərnişin dayanacağında partlaması nəticəsində 70 nəfər ölüb.
Maide.az xəbər verir ki, hadisə ölkənin Onitşa bölgəsində baş verib.
Rəsmilər tərəfindən verilən açıqlamaya görə, tanker sürücüsü idarəetməni itirdikdən sonra dayanacağa çırpılıb və tanker alovlanmağa başlayıb. Hadisə dayanacaqda sərnişinin çox olduğu vaxtda baş verdiyi üçün itki də çox olub. Bundan başqa, ətrafdakı 13 avtomobil də yanıb.
Xatırladaq ki, 2012-ci ildə Nigeriyada buna bənzər bir hadisədə 100-dən çox insan ölmüşdü./

Google+ WhatsApp ok.ru