Nizami və Xətai rayonlarına elektrik verilişi bərpa olunub- `Azərişıq` ASC

Nizami və Xətai rayonlarına elektrik verilişi bərpa olunub- `Azərişıq` ASC

-- Sabunçu, Xəzər və Suraxanı rayonlarında iş aparılır

Dünən axşam saatlarında Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə açıqlamasında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
 
Onun sözlərinə görə, hadisə "Azərişıq" ASC-dən asılı olmayan səbəbdən baş verib: "Nəticədə Bakının 5 rayonunun - Xətai, Nizami, Sabunçu, Xəzər və Suraxanı rayonlarının bir hissəsinə elektrik enerjisinin verilişi dayanıb. Əməkdaşlarımız dərhal problemin aradan qaldırılmasına başlayıb".
 
T.Mustafayev qeyd edib ki, artıq Nizami və Xətai rayonları ərazisinə elektrik enerjisinin verilişi "Azərişığ"ın daxili şəbəkələri hesabına bərpa olunub: "Əməkdaşlarımız digər rayonlara da elektrik enerjisinin verilişini bərpa edir. Yaxın saatlarda həmin rayon ərazilərində də elektrik enerjisi bərpa olunacaq".

Google+ WhatsApp ok.ru