Noyabrda Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzinə 12869 zəng daxil olub

Bu ilin noyabrında Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzinə 12869 və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,8 faiz çox zəng daxil olub.
 
Nazirlikdən Maide.az-a daxil olan məlumata görə, canlı əlaqə zamanı 12111 sual xarakterli müraciət cavablandırılıb ki, onların da 19,2 faizi qeydiyyat, 12,6 faizi vergi növləri, 11 faizi elektron xidmətlər, 7 faizi elektron imza, 4,6 faizi büdcə ilə hesablaşmalar, qalanı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi, vergi ödəyicisinə göndərilmiş mesajlar, vergi yoxlamaları, hesabatlarla əlaqəlidir.
 
Sual xarakterli müraciətlərin 276-sı barədə araşdırma aparılması üçün müraciət vərəqəsi tərtib edilib, onlar orta hesabla 2,2 gün ərzində cavablandırılıb. Hesabat dövründə vergi ödəyiciləri tərəfindən 1773 dəfə vergi borcu, 597 dəfə vergi növləri barədə məlumat əldə etmək üçün səsli menyu xidmətindən istifadə edilib.
 
Vergi ödəyicilərinə 14931 məlumat xarakterli mesaj göndərilib. Onlardan 13752-si qısa mesaj, 1179-u ikitərəfli mesaj olub. Vergi ödəyicilərinin 195 Çağrı Mərkəzinin xidmətindən razı qalma səviyyəsi 95,2 faizdir.
 

Google+ WhatsApp ok.ru