İnquşetiya və Çeçenistan vəhhabilərə qarşı birgə mübarizə aparacaq

Biz İnquşetiyada Çeçenistanda olduğu kimi sülh və sabitliyin hökm sürməsində maraqlıyıq.
İslaminsesi-nin interfax.ru-ya istinadən verdiyi məlumata görə, Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Çeçenistan və İnquşetiyanın vəhhabilik təzahürləri ilə birgə mübarizə aparacaqlarını bildirib.
"Bizim İnquşetiya prezidenti Yunus-Bek Yevkurovla söhbətimiz baş tutub. Vəhhabilik də daxil olmaqla istənilən ekstremist hallara qarşı ümumi səylərlə qarşı durmağa razılığa gəliblər. Mən Yunus-Bek Bamaqatrieviçə məclisdə qətnaməni təsdiqləyib vəhhabilik istənilən təzahürlərini kəskin pislədiyinə görə minnətdaram. Biz İnquşetiyada Çeçenistanda olduğu kimi sülh və sabitliyin hökm sürməsində maraqlıyıq"
Bundan əlavə Kadırov, guya Çeçenistan və İnquşetiyanı birləşdirməyə çalışdığı xəbərləri təkzib edib. /

Google+ WhatsApp ok.ru